• Zəng :+994 50 231 17 18

    [[email protected]]

  • Bakı şəhəri, Yasamal
    rayonu, Şərifzadə küçəsi 241 e

img
  • 5 yan 2025

Avtokar Sürücüsü AXTARILIR!

2018 – ci ildə fəaliyyətinə cəmi bir neçə yük maşını ilə başlayan "878 Bizim Yükdaşıma və Evakuasiya" şirkəti hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin sürətlə inkişaf edən şirkətlərindən biridir. Bunun bariz göstəricisidir ki, şirkət yük daşıma ilə fəaliyyətə başlasa da hazırda bir çox kompleks xidmətləri – Yük daşıma, Evakuasiya, Usta, İşçi qüvvəsi, Anbar və Avtokar xidmətləri kimi işləri də həyata keçirir. Yaşının az olmasına baxmayaraq bir çox uğurlara imza atan "878 Bizim Yük" Yükdaşıma və Logistika şirkəti sadəcə ölkə daxili deyil, beynəlxalq arenada da yüklərin daşınmasını planlayır.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə “878 Bizim Yükdaşıma və Evakuasiya” MMC-nin fəal üzvü kimi şirkətin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

  • İş yeri: Bakı şəhəri, Ulduz metrosunun çıxışı
  • İş vaxtı: növbəli qrafik

 

İŞİN TƏSVİRİ

  • Yüklərin təyinatı üzrə boşaldılması, daşınması, yerləşdirilməsi 
  • Avtokarın təhlükəsiz və səmərəli idarə edilməsinə görə məsuliyyət daşımaq 
  • İşin düzgün planlaşdırılması və verilən tapşırıqları vaxtında yerinə yetirmək 
  • Ona təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən öncə texnikaya vizual baxış keçirmək 
  • İş yerində əməyin təhlükəsizliyi qayda və qanunlarına uyğun fəaliyyət göstərmək

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

  • BC kateqoriyalı sürücülük vəsiqəsi olmalı
  • Ən az 3 illik avtokar sürücülük təcrübəsi olmalı
  • Bakı şəhərində yaşayan namizədlərə üstünlük verilir

Göstərilən tələblərə cavab verən namizədlər vakansiyaya müraciət edə bilər.

x